“Qan tökməməyin yeganə yolu Paşinyanın istefasıdır”

“Qan tökməməyin yeganə yolu Paşinyanın istefasıdır”
  25 Fevral 2021    Oxunub:1728
"Ölkədə qan tökməməyin, vətəndaşları bir-birinə qarşı qoymamağın yeganə ağlabatan yolu hökumətin istefasıdır".
Azvision.az xəbər verir ki, bunu Ermənistan polisinin keçmiş rəhbər şəxslərindən olan Mnaçakan Bıcakçıyan deyib. O ölkəsində vətəndaş müharibəsi ab-havasının artmasından narahatlığını ifadə edib:

"Bu həmin silahlı qüvvələrdir ki, ölkəni müdafiə edirdi və qan tökdü. Onların ölkənin məhv olmaması üçün rəhbərliyin istefasını tələb etməyə haqqı çatır. Eyni məntiqlə yanaşsaq, sülhməramlılar hərbi hissəni tərk edərək etirazçılara qoşulduqlarına görə niyə məhkum edilməmişdilər?"

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin baş qərargahı Nikol Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb. Buna səbəb baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifədən azad edilməsi olub. O, hökumət başçısının “İsgəndər” kompleksi barədə dediklərini məsxərəyə qoyub.

Nikol Paşinyan isə öz növbəsində baş qərargah rəisi Onik Qasparyanı könüllü olaraq istefa ərizəsi yazmağa çağırıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   İstefa  





Xəbər lenti