Ermənistan MTX vətəndaşlara xəbərdarlıq etdi
"Vətəndaşları təxribat xarakterli hərəkətlərə uymamağa, asayişə riayət etməyə, sayıqlığı itirməməyə çağırırıq. Ermənistanın dövlət qurumları öz funksiyalarını tam yerinə yetirirlər. Milli Təhlükəsizlik Xidməti belə hərəkətlərin Ermənistanın təhlükəsizliyini təhdid edə biləcəyi və istənilən bu cür addımı dövləti zəiflətmək cəhdi kimi qəbul edəcək".
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan