Paşinyanın tərəfdarları ilə etirazçılar arasında dava düşdü - VİDEO

 Paşinyanın tərəfdarları ilə etirazçılar arasında dava düşdü -  VİDEO
  25 Fevral 2021    Oxunub:6485
Ermənistanda baş nazir Nikol Paşinyanın tərəfdarları ilə onun istefasını tələb edən vətəndaşlar arasında qarşıdurma olub.
Azvision.az xəbər verir ki, hadisə Paşinyanın Respublika meydanına gəlişi zamanı baş verib.

Məlumata görə, tərəflər arasında mübahisə dava ilə nəticələnib. İnsident zamanı xəsarət alanların olmadığı deyilir. Hazırda ərazidə vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, İrəvanda bir qrup vətəndaş Paşinyanın istefası tələbə ilə aksiya keçirir.



Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti