Lavrov və Ayvazyan İrəvandakı hadisələri müzakirə etdi

 Lavrov və Ayvazyan İrəvandakı hadisələri müzakirə etdi
  25 Fevral 2021    Oxunub:1576
Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ara Ayvazyan İrəvandakı hadisələri müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Ayvazyan həmkarını hadisələr barədə məlumatlandırıb.

Lavrov Rusiyanın Ermənistandakı vəziyyətə respublikanın daxili işi kimi baxdığını, lakin vəziyyətin sülh yolu ilə həll olunacağını gözlədiyini vurğulayıb.

Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan bunu ölkədə hərbi çevriliş cəhdi adlandıraraq, tərəfdarlarını təcili Respublika meydanına çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti