Cəbrayılda mülki şəxs minaya düşüb - RƏSMİ

 Cəbrayılda mülki şəxs minaya düşüb -  RƏSMİ
  25 Fevral 2021    Oxunub:1981
Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl Rayon Prokurorluğundan Azvision.az-a verilən məlumata görə, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Cəbrayıl   Mina  





Xəbər lenti