“Paşinyana “ay dığa” adlı şeir yazmışam” - Vidadi Babanlı

 “Paşinyana “ay dığa” adlı şeir yazmışam” -  Vidadi Babanlı
  26 Fevral 2021    Oxunub:2910
“Ayağım yer tutsaydı, gedib Şuşanı, Ağdamı, Kəlbəcəri gəzərdim”.
Bunu Azvision.az -a tanınmış nasir, şair, tərcüməçi Vidadi Babanlı bildirib.

94 yaşlı yazar bizimlə söhbətində səhhətindən danışaraq, gəzə bilmədiyini deyib:

“Qocalıq məni əldən salıb. Bütün günü evdə oluram. Yeriyə bilmirəm deyə heç yerə getmirəm. Deyirər, qar yağıb, eyvana çıxıb onun gözəlliyinə tamaşa etməmişəm. Gözlərim də çox pis görür. Oxuya, hərfləri, rəqəmləri seçə bilmirəm. Diktə ilə jurnalistlərin həyatından bəhs edən bir əsər yazmışam. Evdə darıxıram, özümə söhbət yoldaşı axtarıram. Xəyallarla, düşüncələrlə tək qalıram. Bu da məni yorur. Koronavirusun yayılmasından öncə dostlardan, tanışlardan gəlib baş çəkən olurdu. İndi ancaq zəng edib hal-əhvalımı soruşurlar. Jurnalistlərlə ədəbiyyatdan, yaradıcılıqdan bəhs edən söhbətlər etmək istəyirəm”.

Qocaman şair Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunması ilə bağlı xəbərəri sevinclə izlədiyini dilə gətirib:

“Qələbə məni çox sevindirdi. Paşinyana ünvanlaşmış “ay dığa” adlı şeir də yazmışdım. Ayaq tutub yerisəydim, Şuşaya, Ağdama Kəlbəcərə gedərdim. Bu yerləri bir də görmək ürəyimdən keçir. Arzularım çoxdur. 5 nəvəm var, onların toyunu görmək, daha bir əsər yazmaq, yeni yazdığımın uğurunu görmək istərdim” .

Şahanə Rəhimli
Azvision.az


Teqlər: VidadiBabanlı  





Xəbər lenti