“Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumu təsdiqləndi

 “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumu təsdiqləndi
  25 Fevral 2021    Oxunub:3743
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Azvision.az xəbər verir ki, Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti