Armen Sarkisyan Paşinyanın təklifini rədd edib

Armen Sarkisyan Paşinyanın təklifini rədd edib
  25 Fevral 2021    Oxunub:2720
Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı könüllü istefaya getməyə çağırıb.

Azvision.az xəbər verir ki, bu barədə Paşinyan tərəfdarları qarşısında çıxış edərkən bildirib. O deyib ki, prezident Armen Sarkisyana Qasparyanın istefaya getməsi barədə qərarı imzalamağı təklif edib. Lakin Sarkisyan imzalamayıb.
Paşinyan əlavə edib ki, prezidentlə telefonla danışıb və ona Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalı olduğunu söyləyib.

“Əgər imzalamırsa, onda bu, o deməkdir ki, prezident çevrilişi dəstəkləyir? Seçim çox sadədir"?.

Paşinyan müharibə zamanı güvəndiyi, general-polkovnik rütbəsi verdiyi Onik Qasparyanı vəzifəyə təyin etməklə səhvə yol verdiyini vurğulayıb.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti