Ermənistan MN Baş Qərargaha qarşı çıxdı

Ermənistan MN Baş Qərargaha qarşı çıxdı
  25 Fevral 2021    Oxunub:1976
Silahlı Qüvvələri siyasi proseslərə cəlb etmək cəhdləri yolverilməzdir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

"Emənistan Silahlı Qüvvələri sərhədlərin qorunması və dövlətin sərhədlərinin təhlükəsizliyi funksiyalarını tam yerinə yetirir. Ordu siyasətdən kənar quruluşdur və silahlı qüvvələri müəyyən siyasi proseslərə cəlb etmək cəhdləri qəbuledilməzdir. Hər hansı belə cəhd Ermənistanın sabitliyini və təhlükəsizliyini təhdid edir", - deyə məlumatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, MN istənilən bu cür hərəkətlərə adekvat cavab verir.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti