“Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb

“Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb
  25 Fevral 2021    Oxunub:1801
Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan və ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyan “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiyası hazırlayıb.
Azvision.az xəbər verir ki, Xocalı soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq layihə ingilis dilində (azərbaycan dilində subtitrlə müşayiətlə) ərsəyə gətirilib.

“Xocalı fəryadı” layihəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktyor) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

Bu gündən etibarən “Xocalı fəryadı” ədəbi-bədii musiqili kompozisiya Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.



Azvision.az




Teqlər: Xocalı  





Xəbər lenti