“Qoy məni meydanda güllələsinlər” - Paşinyan

 “Qoy məni meydanda güllələsinlər” -  Paşinyan
  25 Fevral 2021    Oxunub:2787
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifədən getməsinə xalqın qərar verməli olduğunu deyib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Paşinyan Respublika meydanında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Mənim getməyimə yalnız xalq qərar verə bilər", - deyə baş nazir əlavə edib.

O xatırladıb ki, müxalifətə erkən parlament seçkilərinin keçirilməsinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib, lakin müxalifət bundan vəziyyəti radikallaşdırmaq üçün istifadə edib.

"Bu, məsələləri yalnız xalq həll edə bilər. Qoy xalq tələb etsin, xalq məni qınasın, məni meydanda güllələsinlər".

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxıb.

Məlumat hadisə ilə əlaqədar İrəvanda müxalifət də mitinqlərə başlayıb. Narazı sakinlər Baş Qərargaha dəstək olaraq Paşinyanın istefasını tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti