Prokuroluq əməkdaşları beynəlxalq təlimdə iştirak edib

Prokuroluq əməkdaşları beynəlxalq təlimdə iştirak edib
  25 Fevral 2021    Oxunub:1535
Fevralın 22-24-də Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kibercinayətlər və elektron dəlillər sahəsində əməkdaşlıq” mövzusunda onlayn təlim keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə prokurorluq, polis, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak ediblər.

Təlimdə kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, Budapeşt Konvensiyasında nəzərdə tutulan müddəalar, hüquqi yardım haqqında sorğular, onların nümunələri, formal, qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib.

Bunlarla yanaşı təlim iştirakçıları kazus üzərində işləyib, müvafiq məruzələr hazırlayıblar.

İştirak beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib, yekunda iştirakçılar arasında təlim zamanı qazanılan biliklərin yoxlanılması məqsədilə yazılı sorğu keçirilib, sorğunu uğurla tamamlayanlar sertifikatlarla təltif ediliblər.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti