Polis zabitləri də Paşinyanın istefasını tələb edir

 Polis zabitləri də Paşinyanın istefasını tələb edir
  25 Fevral 2021    Oxunub:1628
Ermənistanda bir qrup polis zabiti baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.
Azvision.az “Arminfo”ya istinadla xəbər verir ki, Paşinyanın istefası ilə bağlı bəyanatı 30 polis zabiti imzalayıb.

Bəyanatda qeyd olunur ki, sənədi imzalayanlar ordu komandanlığının çağırışını dəstəkləyir.

“Ordu komandanlığına dəstəyimizi bildiririk və vətənin taleyi ilə bağlı narahatlığın diktə olunduğu bəyanata qoşuluruq. Polis əməkdaşlarını Nikol Paşinyanın qanunsuz təlimatlarına tabe olmamağa və xalqa güc tətbiq etməməyə çağırırıq", - bəyanatın müəllifləri bildiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti