ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatdır

   ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatdır
  25 Fevral 2021    Oxunub:1547
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.
Azvision.az xəbər verir ki, bu barədə Ann Linde “Twitter” hesabında yazıb.

“Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram. Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”, - deyə XİN başçısı vurğulayıb.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxıb.

Azvision.az


Teqlər: AnnLinde  





Xəbər lenti