Ceyhun Bayramov İsrail səfirini qəbul edib

Ceyhun Bayramov İsrail səfirini qəbul edib
  25 Fevral 2021    Oxunub:1739
Xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  





Xəbər lenti