Putin erməniləri təmkinli olmağa çağırdı

Putin erməniləri təmkinli olmağa çağırdı
  26 Fevral 2021    Oxunub:2767
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Ölkə rəhbərləri Ermənistandakı son vəziyyəti müzakirə ediblər.

Putin Ermənistanda asayişi və əmin-amanlığı qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində həll etməyin vacibliyini qeyd edib, həmçinin bütün tərəfləri təmkinli olmağa çağırıb.

Azvision.az


Teqlər: Putin   Paşinyan  





Xəbər lenti