AZAL Bakıdan Kiyevə xüsusi reyslərə başlayır

AZAL Bakıdan Kiyevə xüsusi reyslərə başlayır
  26 Fevral 2021    Oxunub:1829
Azərbaycanın Milli Aviadaşıyıcısı martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.
"Azərbaycan Hava Yolları" QSC-dən Azvision.az -a bildirilib ki, AZAL qeyd olunan marşrut üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcək. Uçuşlar "Borispol" hava limanına həyata keçiriləcək.

“www.azal.az” saytı vasitəsilə aviabiletləri əldə edə, habelə mövcud cədvəllə tanış ola bilərsiniz.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:

- Ukrayna ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları aviaşirkətin saytında təqdim olunub. Bu keçiddən istifadə edin: https://www.azal.az/az/information/covid-ukraine

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc olunub: https://www.azal.az/az/information/covid-clinics

Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq.

Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən bu səhifədə qeyd olunan klinikaların birində keçə bilərsiniz. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə bu siyahı daha da artacaq.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar. Eyni zamanda, pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış ola bilərsiniz:



Azvision.az


Teqlər: AZAL   Kiyev  





Xəbər lenti