Moldovalı politoloq Xocalıdan yazdı

Moldovalı politoloq Xocalıdan yazdı
  26 Fevral 2021    Oxunub:1750
Moldova Effektiv Siyasət İnstitutunun direktoru, tanınmış siyasi politoloq, tarix elmləri doktoru Vitali Andrievskinin tanınmış "ava.md" informasiya agentliyində Xocalı soyqırımı haqqında "Помнить. Добиваться справедливости. Не мстить" adlı məqaləsi dərc olunub.
Həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

"Xatırlayın, ədalət axtarın və intiqam almayın"

Milli lider Heydər Əliyev: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misli görünməmiş bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

1992-ci ilin fevralında baş verənlər tarixə Xocalı soyqırımı kimi düşdü. Soyqırım haqqında çox şey yazılıb və danışılıb. Xocalı soyqırımı mülki əhalinin qırğını kimi dünya tarixində dərin iz buraxan Holokost, Xatın, Sonqmi, Lidisa, Babi Yar soyqırımları ilə eyni səviyyədədir. Xocalı soyqırımı nəticəsində 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.

Bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistanın silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terror dəstələri və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti idi.
Bu cinayət unudula və bağışlana bilməz.

Milli lider Heydər Əliyev: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misli görünməmiş bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Ancaq bu gün mən bu dəhşətli faciədən danışmayacağam. Artıq onun haqqında çox şey yazılıb və söylənilib. Mən Azərbaycan xalqının, bu ölkənin Prezidenti İlham Əliyevin böyüklüyünü və müdrikliyindən danışmaq istəyirəm. Bu böyüklük və müdriklik ondadır ki, işğal olunmuş torpaqları geri qaytarmaq üçün hərbi əməliyyatlar aparan zaman belə onlar intiqam alanlar kimi davranmadılar. Baxmayaraq ki, buna mənəvi haqqları var idi. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti öz açıqlamasında bildirib: "Biz tarixi ədaləti bərpa etdik. Eyni zamanda məsuliyyət, ədalət nümayiş etdirdik və Ermənistan ərazisinə girmədik. Biz Beynəlxalq hüquqa hörmət prinsipini nümayiş etdirdik".

Daha sonra Əliyev qeyd edir ki, ermənilərin yaşadığı bu bölgədəki sülhməramlı qüvvələr orada humanitar fəaliyyət göstərirlər, baxmayaraq ki, bu funksiya 10 noyabrda imzalanan bəyanatda müəyyənləşdirilməyib. Azərbaycan bunun qarşısını almır.
Bəs nə üçün?
Prezident bunun cavabını da verir: "Çünki biz insanların orada yaşadığını, qışın gəldiyini, soyuq olduğunu başa düşürük. Orada bir az iş görmək lazımdır ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Buna görə icazə verdik. İndi yüklərin əhəmiyyətli bir hissəsi ora Azərbaycan ərazisindən keçir. Biz buna icazə verdik". Əliyev, həmçinin Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı Xocalı soyqırımı və digər cinayətlər törətdiyini xatırladıb. O bildirib ki, azad edilən torpaqlarda təxribatla məşğul olanlar ələ keçirilib, ancaq öldürülməyib. Prezident onları onların əsir götürüldüyünü, müharibənin bitdiyini, artıq qan tökməyə ehtiyac olmadığını qeyd edib.

Bu, həqiqi bir nəciblikdir. Qalib gəl və intiqam alma. Müharibə bitdi. Azərbaycan istədiklərinə nail oldu. Artıq quruculuq dövrü başlayır. Burada vacib olan bir neçə məsələ də var.

Birincisi, nə üçün Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında uğur qazanacağına inam var?

Çünki bu gün Azərbaycan dinamik inkişaf edən bir ölkədir. Dünya Bankının statistikasəna görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Həmçinin Azərbaycan ən çox islahatlar aparan ölkələrin onluğuna daxil edilmişdir. Azərbaycan əhaliyə elektrik enerjisi verilməsinə görə dünyada ikinci yerdədir. Qlobal olaraq ikinci yer. Hökumətin dəyişikliklərə görə məsuliyyət əmsalı, yəni islahatçı imic əmsalı ilə Azərbaycan dünyada beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyasına görə isə Azərbaycan 10-cu yerdədir. Hökumət tərəfindən siyasi sabitliyin təmin edilməsində Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələrinə gəldikdə isə dəmir yolu xidmətlərinin səmərəliliyi baxımından 11-ci, hava yolu xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdədir. Magistral yolların keyfiyyətinə görə 24-27-cı sıralarda qərarlaşır. Bu göstəricilər inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb. Azərbaycan hərtərəfli inkişaf indeksində üçüncü yerdədir. Bu, dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından olan Dünya Bankı və dünyanın bir nömrəli forumu Davos - Dünya İqtisadi Forumunun hesabatlarında yer alır.

İkincisi, Azərbaycan bu gün azad edilmiş bölgənin bərpasına və inkişafına nail olmaq üçün nəyi və necə edəcəyini bilir.
Tapşırıqlar çox çətindir. Bunlardan bəzilərini sadalayacağam:

- 9 mindən çox dağıdılmış evi bərpası
- İnfrastruktur layihələrinin, ilk növbədə yeni yolların, tunellərin bərpası və inşası.
- Hava limanının tikintisi
- Enerjinin inkişafı. Bölgədə həm ənənəvi, həm də bərpa olunan enerji mənbələri geniş yayılacaq.
- Dəmir yolu tikintisi
- Müasir suvarma sistemlərinin yaradılması
- İqtisadiyyatın müxtəlif sahələrinin inkişafı


Azərbaycan İqtisadiyyat İnstitutunun direktorunun sözlərinə görə, geri qaytarılmış ərazilərin tam bərpası yaxın 10 ildə 100 milyard manata (59 milyard dollar) başa gələcək. Neft və qaz sektoru sayəsində kifayət qədər maliyyə ehtiyatlarına sahib bir ölkə üçün belə bu məbləğ çox böyükdür.

Fikrimcə, Azərbaycanın konstruktiv şəkildə etmək istədiyi şey, Xocalı faciəsinin ağrısını çəkənlər, öldürülənlər üçün ən yaxşı abidə olacaq. Bəli, onların həyatlarını geri qaytarmaq olmaz. Lakin işğal olunmuş torpaqlar geri qaytarıldı. Qaçqınlar geri qaytarılacaq. Bu torpaqlar daha da gözəlləşəcək və insanların həyatı mütləq yaxşılaşacaq. Həmçinin azərbaycanlılarla yanaşı ermənilər də Azərbaycan torpağında yaşayacaqlar. Eynən siyasətçilərin müdaxilə edib xalqlar arasında qarışıqlıq başladana qədərki zamanda olduğu kimi dostluq və harmoniya içində.



Teqlər: Xocalı  





Xəbər lenti