Niderlandda "Xocalıya ədalət!" poçt markaları buraxıldı

Niderlandda "Xocalıya ədalət!" poçt markaları buraxıldı
  26 Fevral 2021    Oxunub:1655
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" tələbi yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.

Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti