Xocalı soyqırımı ilə bağlı Niderland parlamentinə müraciət

Xocalı soyqırımı ilə bağlı Niderland parlamentinə müraciət
  26 Fevral 2021    Oxunub:1619
Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası Niderland parlamentini və Senatını Xocalı soyqırımını tanımağa çağırıb.
Azvision.az xəbər verir ki, Koordinasiya Şurasına daxil olan diaspor təşkilatları adından Niderland parlamentinə ünvanlanan bəyanatda bildirilib:

Xocalıdakı kütləvi məzarlıqda aşkarlanmış insan qalıqlarının sayı 18-ə çatıb
“XX əsrin sonunda erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində etnik və nifrət zəminində törətdikləri dəhşətli soyqırımına indiyədək Niderland parlamentində hüquqi-siyasi qiymət verilməməsi təəssüf doğurur. Niderland Krallığı dünyada demokratiya, ədalət və insan hüquqları üzrə aparıcı dövlət olduğundan ölkə parlamentinin Xocalı soyqırımını müzakirəyə çıxarmasını tələb edirik. Ümid edirik ki, parlamentin səlahiyyət müddətinin başa çatmasına qədər ədalət naminə bu müzakirələr gerçəkləşdirilə bilər”.

Xocalı soyqırımı barədə susmağın yeni cinayətlərin törədilməsinə zəmin yaratdığına diqqəti cəlb edən soydaşlarımız niderlandlı deputatları insanlıq naminə susmamağa, günahsız insanlara qarşı törədilən soyqırımın tanınması haqda məsələni parlamentin iclasında müzakirə etməyə çağırıblar.

Azvision.az


Teqlər: Xocalı   Soyqırım  





Xəbər lenti