Avropa İttifaqı Ermənistanla bağlı bəyanat yaydı

Avropa İttifaqı Ermənistanla bağlı bəyanat yaydı
  26 Fevral 2021    Oxunub:2404
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik xidməti Ermənistanda baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bəyanatda Ermənistandakı vəziyyətdən narahatlıq ifadə olunub.

Bəyanatda deyilir: “Avropa İttifaqı Ermənistnda baş verənləri yaxından izləyir. Biz bütün tərəfləri təmkinli olmağa və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Siyasi fikir ayrılıqları sülh yolu ilə, demokratiya prinsiplərinə və proseslərinə müvafiq olaraq həll olunmalıdır. Ermənistan konstitusiyasına görə, silahlı qüvvələr siyasi məsələlərdə neytral mövqe tutmalı və vətəndaş cəmiyyətinin nəzarəti altında olmalıdır. Ermənistanın üzləşdiyi problemlərin öhdəsindən gələ bilməsi üçün yeganə yol demokratik və konstitusion qaydalara riayət etməkdir".

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxıb.

Azvision.az


Teqlər: Ermənistan   Avropa-İttifaqı  





Xəbər lenti