NATO-dan Ermənistandakı hadisələrə reaksiya

  NATO-dan Ermənistandakı hadisələrə reaksiya
  26 Fevral 2021    Oxunub:1996
NATO Ermənistanda baş verən hadisələri yaxından izləyir.
Azvision.az xəbər verir ki, təşkilat tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə çağırıb.

“Siyasi müxtəlifliklər sülhpərvər yollarla, Ermənistan konstitusiyasına uyğun şəkildə və demokratiya yolu ilə həllini tapmalıdır”, - deyə NATO rəsmisi Oana Lunkesku bildirib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxış edərək, ölkədə vəziyyətin gərgin olduğunu bildirib.

Azvision.az


Teqlər: NATO   Ermənistan  





Xəbər lenti