“Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - Mehriban Əliyeva

  26 Fevral 2021    Oxunub : 2317
 “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” -    Mehriban Əliyeva
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
Azvision.az -ın məlumatına görə, paylaşımda deyilir:

"Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".



Azvision.az

Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva