“Paşinyan dedi ki, Qarabağ bizim üçün baş ağrısıdır” - Erməni jurnalist

 “Paşinyan dedi ki, Qarabağ bizim üçün baş ağrısıdır” -  Erməni jurnalist
  26 Fevral 2021    Oxunub:5636
Tanınmış erməni jurnalist Nairi Hoxikyan hazırda ölkəsi üçün ciddi problemə çevrilmiş baş nazir Nikol Paşinyanla olan xatirələrindən söz açıb.
Azvision.az xəbər verir ki, o, Paşinyanın əvvəldən Qarabağı Azərbaycan ərazisi kimi gördüyünə işarə vurub:

“İllər öncə Aşot Bleyan azərbaycanlı jurnalistləri və insan haqları müdafiəçilərini Ermənistana dəvət etmişdi. Təşəbbüs jurnalist və redaktor olan Nikol Paşinyan tərəfindən dəstəklənmişdi. Regional məsələləri işıqlandıran jurnalist kimi məni də azərbaycanlılarla görüşə dəvət etdilər. Tədbirdə Aşot Bleyan, Georgi Vanyan, Nikol Paşinyan, Elnur adlı şəxs və digərləri iştirak etdilər. Müzakirəmiz zamanı Elnur Azərbaycanın gücünün xeyli artması səbəbindən bizi Ermənistanın müqavimət göstərə bilməyəcəyinə inandırmağa çalışırdı və "reallıqla barışmaq daha yaxşıdır" deyirdi. Mən Azərbaycanın gücünə arxayın olaraq müharibə edəcəyini deyəndə, Nikol Paşinyan belə cavab verdi: “Nə vaxt anlayacaqsınız ki, Qarabağ bizim üçün baş ağrısıdır? Bu baş ağrısından nə qədər tez qurtarsaq, bir o qədər yaxşıdır."

Paşinyanın iradına bir sualla cavab verdim - "Başınız ağrıyanda başınızı kəsirsiniz?". Nikol açıq şəkildə cavab vermək istəmədi ki, Qarabağ bizə heç vaxt lazım olmayıb. xüsusilə də, onun əvəzində Azərbaycan və Türkiyə ilə olan yolları itirmişik.

Nikol Paşinyan Aşot Bleyan və Elnurun dəstəyi ilə inad edirdi ki, Qarabağı qaytarmaqla Azərbaycan, Türkiyə, Naxçıvan və İrana gedən yollar əldə edəcəyik. Bu gün əsas olan yaxşı yaşamaqdır, hansısa anlaşılmaz millətçilik deyil. Qarşılıqlı təhqirlərlə mübahisə etdik. Nikol məni "beyinsiz vətənpərvər" adlandırdı. 12 il sonra 2019-cu ilin may ayında artıq baş nazir olan Paşinyanla bir ünsiyyətim oldu. Soruşdum ki, Qarabağ hələ də baş ağrısı verir? Gülümsədi, dedi: "Sən hələ də həmin "vətənpərvər"sən?".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Qarabağ   Jurnalist  





Xəbər lenti