Ermənistanda koronavirusa yoluxanların sayı yenidən artdı

  26 Fevral 2021    Oxunub : 1033
Ermənistanda koronavirusa yoluxanların sayı yenidən artdı
Ermənistanda son sutka ərzində 283 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 171 510 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3183-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 813 nəfərdir. Aktiv xəstələrin sayı 4349 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: koronavirus