Ermənilər bütün dini-tarixi abidələri məhv ediblər - Mübariz Qurbanlı

   Ermənilər bütün dini-tarixi abidələri məhv ediblər -    Mübariz Qurbanlı
  26 Fevral 2021    Oxunub:1410
Ermənilər işğal olunmuş ərazilərdə faktiki olaraq bütün dini-tarixi abidələri məhv ediblər. Qarabağ ərazisindəki 67 məsciddən demək olar hamısı dağıdılıb. Bir məscid isə görüntü üçün saxlanılıb. Onun isə Azərbaycana aid olmasını dəyişdirməklə saxlayıblar. Ermənilər dini abidələrə qarşı faktiki olaraq barbar hərəkətlərə yol veriblər.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, ermənilər həmin ərazilərdəki Qafqaz Albaniyasına aid tarixi-dini abidələri qriqoryanlaıdırmağa çalışıblar.

"Bunu saxtalaşdırmaq üçün müxtəlif addımlar atıblar. Bunlar hamısı faktdır. Eyni zamanda tarixi-dini mədəniyyət abidələri dağıdılıb. Bunlar haqqında məlumatlar Mədəniyyət Nazirliyi, o cümlədən digər qurumlar tərəfindən toplanıb, müvafiq sənəd hazırlanıb. Prezident İlham Əliyev də bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı orada olan tarixi-dini abidələrin hamısının xristianlığa, Qafqaz Albaniyasına, o cümlədən İslama aid abidələrin bərpa olunacağını bildirib. Heydər Əliyev Fondu bununla bağlı geniş proqram həyata keçirməkdədir. Dağlıq Qarabağda bütün dini - tarixi abidələr öz yerini tapacaq.

1836-cı ildə Çarın fərmanı ilə Qafqaz Albaniyasına aid olan kilsələr ermənilərin Apostol kilsəsinə verilib. Orada belə də yazılıb - Erməni Apostol Kilsəsinə verilsin. Əgər bunlar ermənilərə aid idisə, niyə ermənilərə verilib yazılıb? Bu, erməniyə aid deyildi. Ona görə də bu məsələlər həllini tapacaq. Əsas məsələ torpaqların işğaldan azad olunması bizim üçün çox önəmli idi və bu məsələlər də həll olunacaq", deyə Komitə sədri qeyd edib.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti