“Ermənistanda baş verənlər tragikomediyadır” - İlham Əliyev

  26 Fevral 2021    Oxunub : 1441
“Ermənistanda baş verənlər tragikomediyadır” -  İlham Əliyev
"Ermənistanda baş verənlər tragikomediya səhnəsini xatırladır. Mən bunu belə xarakterizə edərdim".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Onların təyyarəsi yoxa çıxır, onlar bilmirlər təyyarələri haradadır, hansı istiqamətə uçduğunu bilmirlər, pilotlar gizləniblər, təyyarə yoxa çıxıb və onlar oturub düşünürlər ki, təyyarəni kim oğurlayıb. Bundan başqa, Abu-Dabidə İDEX sərgisində Ermənistan stendi heç vaxt olmadığı qədər təmiz idi. Orada heç bir eksponat yox idi. Digər tərəfdən, göstərməklərə nələri var ki? Axı onların hərbi istehsalı yoxdur.

Başqa tərəfdən, onun-bunun arxasınca düşüb özünü ona-buna oxşatmağa nə ehtiyac var ki, orada stendin olsun? Bütün dünyaya biabır oldular. Hamı öz məhsulunu gətirib, erməni stendində isə hansısa bukletlər idi. Bu, biabırçılıqdır. Daha sonra deyirlər ki, “İsgəndər” raketi atılıb və 10 % partlayıb. Bu, lətifədir”, - Prezident vurğulayıb.

Azvision.az

Teqlər: İlham-Əliyev