“Kim şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək” - İlham Əliyev

 “Kim şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək” -  İlham Əliyev
  26 Fevral 2021    Oxunub:2718
“Dövlət şirkətlərində idarəetmə sistemi axsayır. Müasir tələblərə cavab vermir. Demək olar ki, heç bir dövlət şirkəti özü-özünü təmin edə bilmir. Bir və ya ikisi istisna olmaqla. Belə davam edə bilməz. Digər tərəfdən strateji infrastruktur, hal-hazırdakı vəziyyəti və Qarabağdakı vəziyyəti nəzərə alsaq dövlətin əlində qalmalıdır. Bu birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Fərz etsək ki, bizim dövlət şirkətlərimiz bu gün korporativ idarəetmə üsulu ilə işləsəydilər, onlar indi bərpa layihələrinə pul qoymazdılar. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaq, lazımi nəzarəti təmin etməkdir.”
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib. Prezident bildirib ki, dövlət şirkətləri dövlətin boynunda olan böyük yükdür:

“Hətta Azərbaycanın ən böyük vergi ödəyicisi olan Dövlət Neft Şirkəti də bu yaxınlara qədər qazlaşdırma üçün dotasiya alırdı. Bu belə olmaz. Başqalarını demirəm. Bir neçə istisnalar var bəlkə də. Amma əksəriyyəti səmərəsizdir. Buna son qoymaq lazımdır. Kim yeni qaydalarla, düzgün və şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək.

Amma dövlət şirkətlərinin özəlləşdirməsinə gəlincə, bu dəqiq bu il olmayacaq. Amma bəzi dövlət şirkətləri özəl kapitalı hesabına inkişaf etməlidir. Birinci növbədə enerji sahəsini qeyd etməliyik, özəl investisiyalar üçün bu sahəni açmışıq”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti