Ukraynanın parlament sədri istefa verdi
Bu barədə məlumat verən vitse-spiker Ruslan Koşulinski Rıbakın müalicəyə ehtiyacı olduğunu açıqlayıb.
“Ali Radanın rəhbəri Vladimir Vladimiroviç Rıbak xəstə olduğu üçün müalicə almaqdan dolayı istefa barədə ərizə yazıb”-deyə Koşulinski Radanın bu gün toplanan iclasında məlumat verib.
Bu arada prezident Viktor Yanukoviçin harada olması ilə bağlı heç bir məlumat yoxdur. Bu gün Xarkov şəhərində gəlməli olan prezident təyyarəsinin şəhər aeroportuna eniş etmədiyi məlumatı verilir.
Vüqar İsmayılov