“Azəriqaz” rəhbəri şikayətlərə aydınlıq gətirdi

 “Azəriqaz” rəhbəri şikayətlərə aydınlıq gətirdi
  26 Fevral 2021    Oxunub:1749
3 gün əvvəl ölkədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində bəzi abonentlər tərəfindən qazın təzyiqinin aşağı olması ilə bağlı narahatlıq var idi. Bunlar texniki problemlərdir və qısa zamanda aradan qaldırıldı.
Azvision.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook"da canlı yayımda çıxışı zamanı deyib. Baş direktor qurumun qışa hazır olmaması barədə səsləndirilən fikirlərə aydınlıq gətirib.

“Biz hər zaman qışa hazırıq. Bəzi fors-major hallar olur. Havanın birdən-birə dəyişməsi anında bütün kəmər boyu yerləşən tənzimləmə prosesini aparmaq müəyyən vaxt aparır. Havanın temperaturu uzun müddət -5, -10 olarsa, o zaman qazın verilişində problem olmaz. Lakin bu bir anda baş verəndə tənzimləmə müəyyən vaxt aparır”.

R.Əliyev qeyd edib ki, bu gün ötən ilin eyni dövrü ilə müqayisədə əhali xətləri üzrə 12 milyon kubmetrə yaxın qaz qəbul olunub: “Bu, böyük həcmdir. Qəbul yuxarıdır və qazın verilişində problem yoxdur. Qeyd edilən narahatlıqlar qazın təminatı, qışa hazırlıq prosesi ilə bağlı deyil, texniki məsələlərdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti