“Heç bir idarə rəhbərinə belə tapşırıq verilməyib”

“Heç bir idarə rəhbərinə belə tapşırıq verilməyib”
  26 Fevral 2021    Oxunub:2194
Salyanda qazın fərdi evlərə deyil, istixanalara verilməsi barədə məlumat düz deyil. Heç bir idarə rəhbərinə, o cümlədən Salyan regional rəhbərinə belə tapşırıq verilməyib.
Azvision.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook"da canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, Salyanın bəzi kənd və qəsəbələrində hər evdə fərdi istixana var.

"Orada şəxslər həm evlərini qızdırır, həm də əlavə sayğac qoyub istixanaları işlədir. Bu, bir neçə illərdir belədir. Belə problemlər daim diqqətdə saxlanılır. Əhali və qeyri-əhali abonenti olmasından asılı olmayaraq, onların qazla təminatı bizim borcumuzdur".

Azvision.az


Teqlər: Salyan   Qaz  





Xəbər lenti