“Ermənistana 1374 hərbçinin meyiti təhvil verilib” - Zaxarova

  26 Fevral 2021    Oxunub : 1737
 “Ermənistana 1374 hərbçinin meyiti təhvil verilib” -  Zaxarova
Ermənistan tərəfinə noyabrın 13-dən bəri 1374 hərbçinin meyiti təhvil verilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Mövcud məlumatlara görə, 13 noyabr 2020-ci ildən bu günə kimi 1684 hərbçinin cəsədi təhvil verilib. Bunlardan 1374-ü Ermənistan tərəfə, 310-u Azərbaycan tərəfinə verilib", - deyə Zaxarova qeyd edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MariyaZaxarova