Fransa Paşinyanla müxalifəti dialoqa çağırdı

Fransa Paşinyanla müxalifəti dialoqa çağırdı
  26 Fevral 2021    Oxunub:1864
Fransa Ermənistanın baş naziri Nikol Paşinyanı və müxalifəti dialoqa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.

"Fransa çətin anlar yaşamış ölkədə daha sakit vəziyyət yaratmaq üçün prezidentin (Armen Sarkisyan) və baş nazirin (Nikol Paşinyan) legitimliyinə əsaslanan dialoqun qurulmasının tərəfdarıdır", - XİN rəhbəri deyib.

O əlavə edib ki, erməni demokratiyası hadisələrə tab gətirməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti