Əlilliyin qiymətləndirilməsi ilə bağlı dəyişiklik - YENİLƏNİB |
Son iki ildə pensiya, sosial müavinət və təqaüdlərin təyinatı, həmçinin sosial sığıorta sahəsində xidmətlər elektronlaşdırılıb. Ötən il sosial təminat növləri üzrə 95 min təyinat və 190 minə yaxın fərdi hesabın açılması proaktiv qaydada həyata keçirilib. Nazirliyin e-xidmətlərinə isə ötən il 13 milyon 62 min 408 müraciət qeydə alınıb. Həmçinin 2020-ci ildə nazirliyin fəaliyyət sahələri üzrə elektron arayış xidmətləri vasitəsilə 535 min 159 arayış verilib. “E-sosial” portalına müraciətlərin sayı isə ötən il 41,8 milyondan çox olub.
Bu il də elektron xidmətlərin yaradılması işləri geniş vüsət alacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin sayının 100-ə çatdırılması hədəflənir ki, nəticədə qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması təmin olunacaq.
İclasda elektronlaşdırma proqramı üzrə qarşıda duran vəzifələr müzakirə olunub.
Azvision.az