Toivo Klaarın səlahiyyət müddəti uzadıldı

Toivo Klaarın səlahiyyət müddəti uzadıldı
  27 Fevral 2021    Oxunub:1822
Avropa İttifaqının 6 xüsusi nümayəndəsinin mandatı uzadılıb.
Azvision.az xəbər verir ki, səlahiyyət müddəti uzadılan xüsusi nümayəndələr arasında Toivo Klaar da var.

Yeni qərara əsasən, Klaar növbəti 12 ay ərzində - 2022-ci ilin fevral ayının 28-dək Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışacaq.

Xatırladaq ki, Toivo Klaar ilk dəfə bu vəzifəyə 2017-ci ilin noyabr ayında təyin edilmişdi.

Azvision.az


Teqlər: Avropa-İttifaqı   Klaar  





Xəbər lenti