ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq

ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq
  27 Fevral 2021    Oxunub:2200
ABŞ İranla diplomatik təmaslara açıqdır, lakin rəsmi Tehrana qarşı tətbiq olunan sanksiyaları yumşaltmaq niyyətində deyil.
Azvision.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, ABŞ İranla beynəlxalq ictimaiyyətin Tehranın nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırmağa yönələn “beş üstəgəl bir” qrupu kontekstində danışıqlar masasında əyləşə bilər.

“Lakin sanksiyaları yumşaltmaq istiqamətində addım atmayacağıq”, - deyə Cen Psaki bəyan edib.

Azvision.az


Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti