Meksikada Xocalı qurbanları anılıb

Meksikada Xocalı qurbanları anılıb
  27 Fevral 2021    Oxunub:1440
26 fevral tarixində Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən “Xocalı Soyqırımı” monumenti önündə Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Azərbaycanın Meksikadakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, öncə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin adından “Xocalı Soyqırımı” monumenti önünə əklil qoyulub. Daha sonra çıxış edən səfir Məmməd Talıbov Azərbaycan tarixinin ən qanlı və amansız səhifəsi kimi yaddaşlarda qalan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə iştirak edən “Gənc Diplomatlar” (Jóvenes Diplomáticos) qeyri-hökumət təşkilatının rəhbəri Maurisio Tafoya Villanueva təşkilat tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar qəbul edilmiş bəyanatı Səfirliyə təqdim edib.

Daha sonra Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və sözügedən meydanda yerləşən kilsənin zəngləri çalınıb.

Həmçinin, Xocalı faciəsi barədə məlumatların yerli ictimaiyyətə çatdırılması məqsədilə Səfirlik binasının qarşısında soyqırımı qurbanlarının xatirəsinə həsr olunan guşə yaradılıb. Türkiyə Respublikasının səfiri Timur Tahsin Söylemez, Ukrayna səfiri Oksana Dramaretska və Gürcüstan Səfirliyinin müşaviri Giorgi Sirbiladze sözügedən guşəni ziyarət edərək, Xocalı soyqırımı qurbanlarını yad edib, guşənin önünə gül dəstələri və əklillər qoyublar.

Anım günü ilə əlaqədar Səfirlikdə dövlət bayrağı aşağı endirilib.

Azvision.az


Teqlər: Meksika   Xocalı  





Xəbər lenti