Ermənistan müxalifəti bu gün də mitinq keçirəcək

 Ermənistan müxalifəti bu gün də mitinq keçirəcək
  27 Fevral 2021    Oxunub:1619
Bu gün Ermənistan müxalifəti növbəti dəfə mitinq keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu hərəkatı” məlumat yayıb.

Qeyd edilib ki, mitinq 27 fevral, saat 15: 00-da Baqramyan prospektində, parlament binası yaxınlığında baş tutacaq.

“Qoşulun! Mübarizəmiz hər gün yeni vüsət alır. Hər gün tələbimizi daha çox vətəndaş, hərbçilər, ziyalılar, təşkilat və strukturların nümayəndələri dəstəkləyir. Tələbimizə alternativ yoxdur. Satqın hakimiyyət gec-tez gedəcək və biz vətənimizi xilas edib, yenidən quracağıq”, - hərəkatın müraciətində deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Mitinq  





Xəbər lenti