İtaliya mediası Xocalı soyqırımından yazıb

İtaliya mediası Xocalı soyqırımından yazıb
  27 Fevral 2021    Oxunub:1332
İtaliyanın "eurasiaticanews.altervista.org" xəbər portalında "Azərbaycanda Xocalı qətliamının 29-cu ildönümü qeyd edilir" sərlövhəli məqalə yerləşdirilib.
Azvision.az xəbər verir ki, Avropa Xəbər Agentliyinin İtaliya üzrə təmsilçisi jurnalist Karlo Marino tərəfindən qələmə alınan məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzün nəticəsi kimi qədim Azərbaycan şəhəri olan Xocalıda törədilən soyqırımından bəhs edilib.

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib
Yazıda müəllif bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan şəhəri Xocalıda ermənilərin törətdikləri soyqırımı 1990-cı illərdə insanlığa qarşı ən ciddi cinayətlərdən biri hesab olunur.

Həmin gecənin dəhşətlərini bütün təfərrüatı ilə təsvir edən italyan jurnalist qeyd edib ki, ermənilər azərbaycanlıların qədim yaşayış məskənini tamamilə məhv etmək niyyətində olublar. Çünki qədim şəhər olan Xocalı öz tarixi və mədəni abidələri ilə digər ərazilərdən fərqlənirdi.

Müəllif məqalədə diqqətə çatdırıb ki, 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalıdakı günahsız insanları öldürməklə yanaşı, erməni silahlı birləşmələri bu cinayətin izlərini itirmək məqsədilə torpağa od vurub, görünməmiş qəddarlığa əl ataraq, Azərbaycan xalqı və bəşəriyyət üçün misilsiz əhəmiyyətə malik olan abidələri məhv edib.

Xocalı soyqırımının tarixə əbədi olaraq qəddar barbarlıq kimi düşmüş Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən fərqlənmədiyi vurğulanıb.

Azvision.az


Teqlər: Xocalı   İtaliya  





Xəbər lenti