İsveçrədə peyvənd edilən 16 nəfər ölüb

İsveçrədə peyvənd edilən 16 nəfər ölüb
  27 Fevral 2021    Oxunub:1337
İsveçrədə koronavirus əleyhinə peyvənd edilən ən azı 16 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkədə dərman bazarına nəzarət edən orqan - “Swissmedic” məlumat yayıb.

Qeyd ediib ki, qurum tərəfindən koronavirus əleyhinə peyvənd vurulan 364 nəfərdə baş verə biləcək mənfi reaksiyalar araşdırılıb.199 hadisə Pfizer, 154 isə Moderna peyvəndi ilə əlaqəli olub.

Mütəxəssislər, dörd anafilaktik şok və 16 ölüm hadisəsi də daxil olmaqla, 95 ciddi reaksiya müəyyən ediblər.

"Peyvənd edilən 16 nəfər müxtəlif vaxt fərqi ilə vəfat ediblər. Bu insanların orta yaşı 86 olub, əksəriyyəti ağır xəstəliklərdən əziyyət çəkib", - “Swissmediс”in açıqlamasında vurğulanır.

Eyni zamanda, İsveçrə tənzimləyicisi hadisələrin təhlili zamanı peyvəndlənmənin ölüm səbəbi olduğuna dair dəlil tapmadığını bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsveçrə  





Xəbər lenti