“8 Noyabr” stansiyası istismara hazırlanır

 “8 Noyabr” stansiyası istismara hazırlanır
  27 Fevral 2021    Oxunub:1594
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
Azvision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, 2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir.

"Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur", - məlumatda vurğuıanıb.

Azvision.az


Teqlər: Bakı   Metro   Stansiya   8Noyabr  





Xəbər lenti