“Metroda istismar müddəti bitən eskalator yoxdur” - Açıqlama

“Metroda istismar müddəti bitən eskalator yoxdur” -  Açıqlama
  27 Fevral 2021    Oxunub:1777
Ventilyasiya sistemində avadanlıqların yenilənməsi, ventilyatorların optimal iş rejiminin tətbiqi stansiya və tunellərdə iqlim şəraitinin normallaşdırılmasında əhəmiyyətli rol oynayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, son iki ildə quraşdırılan 17 güclü yeni tunel ventilyatoru həm məhsuldarlığına, həm də iqtisadi cəhətdən səmərəliliyinə görə sələflərindən fərqlənir.

"Eskalatorlara gəldikdə isə bu gün metropolitendə istismar müddəti başa çatmış eskalator yoxdur. Bu illər ərzində eskalatorların yenilənməsi nəticəsində sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib. Hazırda sovet istehsalı olan eskalatorlar yalnız “Nəsimi”, “Nizami”, “Cəfər Cabbarlı”, “Xalqlar dostluğu”, “Həzi Aslanov”, “28 May” stansiyasının ikinci çıxışında qalıb. Onların istismar müddəti hələ başa çatmayıb", - deyə məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: Metro   Tunel   Ventilyator   Eskalator  





Xəbər lenti