Ermənistanda koronavirusdan ölüm sayı 3190-a çatdı

 Ermənistanda koronavirusdan ölüm sayı 3190-a çatdı
  27 Fevral 2021    Oxunub:1368
Ermənistanda son sutka ərzində 283 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 171 793 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3190-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 813 nəfərdir. Aktiv xəstələrin sayı 44 81 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti