Azərbaycanlı rəssamın əsəri Ərdoğana hədiyyə edildi - FOTO

   Azərbaycanlı rəssamın əsəri Ərdoğana hədiyyə edildi -    FOTO
  27 Fevral 2021    Oxunub:1973
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış rəssam Rafiq Əzizin “1071 Malazgit meydan müharibəsi” əsəri doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib.
Azvision.az xəbər verir ki, rəsm əsəri İstanbulun Üsküdar Bələdiyyəsinin “Üçüncü Nevməkan” tarixi binasının açılış mərasimində Türkiyə Prezidentinə təqdim olunub.



Qeyd edək ki, yağlı boya ilə işlənmiş “1071 Malazgit meydan müharibəsi” əsəri Türkiyədə fəaliyyət göstərən rəssam Rafiq Əzizin ən böyük əl işlərindən biridir.

Azvision.az


Teqlər: Ərdoğan   Rəsm  





Xəbər lenti