Vaqif Səmədoğlu sabah İsrailə gedir

Vaqif Səmədoğlu sabah İsrailə gedir
  22 Fevral 2014    Oxunub:1174
Azərbaycanın Xalq şairi, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Vaqif Səmədoğlu müalicə olunmaq üçün sabah İsrailə yola düşəcək.

Bu barədə AzVision.az-a V. Səmədoğlu özü məlumat verib. O əvvəlki günlərlə müqayisədə hazırda özünü bir qədər yaxşı hiss etdiyini deyib.

“Bundan da pis ola bilərdi səhhətim. Bu azarın babat yeri olmur. Səhər İsrailə uçuram. Müalicələr əldən salıb məni”.

Qeyd edək ki, onkoloji xəstəlikdən əziyyət çəkən xalq şairi prezident İlham Əliyevin ayırdığı vəsait hesabına İsraildə müalicə olunur. O müalicələrini İsraildə davam etdirir.

Nihadə


Teqlər:  





Xəbər lenti