Əfvlə bağlı daha 150-dən artıq müraciətə baxıldı

Əfvlə bağlı daha 150-dən artıq müraciətə baxıldı
  27 Fevral 2021    Oxunub:1890
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Azvision.az -a Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa məlumat verib. Onun sözlərinə görə, iclasda əfvlə bağlı 150-dən artıq müraciətə baxılıb.
F.Mustafa, həmçinin bildirib ki, Komissiyanın iclası gələn həftə də davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Əfv Komissiyasının 3 iclası keçirilib və 300-dən artıq müraciətə baxılıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əfv   Komissiya   İclas  





Xəbər lenti