“Bu il Ermənistanı 200 min nəfər tərk edəcək” - Rusiyalı milyarder

  27 Fevral 2021    Oxunub : 1857
 “Bu il Ermənistanı 200 min nəfər tərk edəcək” -   Rusiyalı milyarder
Ermənistanda cərəyan edən siyasi proseslər bu ölkənin iqtisadiyyatına da mənfi təsir edib.
Azvision.az xəbər verir ki, artıq investorlar Ermənistana maliyyə yatırmaqda maraqlı deyillər. İnvestorlar bu ölkədə böyük insan köçünün olacağını proqnozlaşdırırlar.

"RBK"-ya açıqlama verən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan deyib ki, böhrandan sonra İrəvanda çox şey dəyişə bilər:

"Məndə olan məlumata görə, bu il 200 min insan Ermənistanı tərk edəcək. Yəni təxminən 200-300 min adam bu barədə düşünür".

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Rusiya