Ermənistan çalxalanır, Paşinyanın oğlu isə kef məclisi qurur

 Ermənistan çalxalanır, Paşinyanın oğlu isə kef məclisi qurur
  27 Fevral 2021    Oxunub:2293
Ermənistanda daxili siyasi gərginliyin artdığı bir vaxtda baş nazir Nikol Paşinyanın oğlu Aşot dostları ilə kef məclisləri qurur.
Azvision.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıblar.

Restoranda Aşotun fotosunu gizli çəkən şəxs baş nazirin oğlunun təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu söyləyib.

“Paşinyanın oğlu xeyli sayda mühafizəçinin müşayiəti ilə “Kaskad” restoranına gəlib. Onun ölkədə narazılıq fonunda gənclərlə nümayişkaranə şəkildə yeyib-içməsi diqqət çəkib”, - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatından sonra bu ölkədə siyasi vəziyyət kəskin pisləşib. Minlərlə vətəndaş küçələrə çıxaraq Paşinyanın istefasını tələb edir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti