Macarıstan prezidenti Çin peyvəndi vurdurdu

  27 Fevral 2021    Oxunub : 1490
Macarıstan prezidenti Çin peyvəndi vurdurdu
Macarıstan Prezidenti Yanoş Ader Çinin “Sinofarm” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndini vurdurub.
Azvision.az “Hungary Today”ə istinadla xəbər verir ki, Macarıstan lideri əhalini ondan nümunə götürməyə və koronavirusa qarşı mümkün qədər tez peyvənd olunmağa çağırıb.

“Gəlin həkimlərimizə və səhiyyə sistemimizə etibar edək. Tezliklə epidemiya sona çatacaq", - deyə Prezident bildirib.

Qeyd edək ki, Macarıstan yanvar ayının sonunda Çin peyvəndini istifadə üçün təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Macarıstan