İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - YENİLƏNİB

  27 Fevral 2021    Oxunub : 2745
 İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı -  YENİLƏNİB
Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları yenidən Baqramyan prospektinə, parlament binasının qarşısına qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Etirazçılar bundan əvvəl Paşinyanın əleyhinə şüarlar və təhqirlər səsləndirərək İrəvanın mərkəzində yürüş ediblər. Hazırda aksiyada bir neçə min insan iştirak edir.

***
(16:35)

Ermənistanın paytaxtı İrəvanda Baqramyan prospektində müxalifətin növbəti mitinqi başlayıb.

Azvision.az xəbər verir ki, mitinqi “Vətənin qurtuluşu hərəkatı” keçirir.

Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

"Bu, nadir hadisədir ki, xalq ordunun yanında dayanıb", - deyə müxalifət nümayəndəsi Qeqam Manukyan bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İrəvan   Mitinq